Çempionlar Liqasının oyunundan əvvəl "Bavariya"nın məşqçisinin qiymətli əşyaları oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məşqçinin adı açıqlanmır.
Bu, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda "Barselona" - "Bavariya" qarşılaşmasından öncə olub. Oğru dünən Almaniya komandasının məşqçisinə San-Marti rayonunda hücum edərək onun bahalı saatını, İphone və pul kisəsini qarət edib.
Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır. Zərərçəkmişə bildirilib ki, oğurlanan əşyaları tapıb geri qaytarmaq çətin olacaq.
Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media