Azərbaycan Basketbol Liqası: “Naxçıvan”dan ikinci qələbə - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan”dan ikinci qələbə - FOTO

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: “Naxçıvan”dan ikinci qələbə - FOTO

217329

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
 

Açılış matçında “Neftçi”dən üstün olan “Naxçıvan” Bakıda NTD-ni sınağa çəkib. Meydan sahibləri bu dəfə də azarkeşlərini sevindiriblər. Oyunun qalibi əlavə vaxtda bəlli olub. Daha dəqiq olan naxçıvanlılar 72:71 hesabı ilə qələbə qazanıblar. NTD isə ardıcıl ikinci görüşdə uduzub.


Qeyd edək ki, II turun digər görüşlərində oktyabrın 25-də “Sumqayıt” “Lənkəran”ı qəbul edəcək.


1 gün sonra “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

II tur

22 oktyabr

A qrupu

17:00. "Naxçıvan" - NTD - 72:71 (22:18, 13:15, 13:18, 17:14, 7:6) ОТ

"Sərhədçi" İdman Kompleksi


















Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO