İdmançımızdan TARİXİ UĞUR – Bir yarışda iki dünya rekordunu TƏZƏLƏDİ – FOTO

İdmançımızdan TARİXİ UĞUR – Bir yarışda iki dünya rekordunu TƏZƏLƏDİ – FOTO

Hazırda oxunan: İdmançımızdan TARİXİ UĞUR – Bir yarışda iki dünya rekordunu TƏZƏLƏDİ – FOTO

217290

Azərbaycanlı idmançı İspaniyanın paytaxtında keçirilən Avropanın ən böyük idman festivalı olan "Arnold Classic Europe" festivalında dünya rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, yarışda 42 ölkədən idmançılar iştirak edib.

Güc idman növlərinin ən nüfuzlu yarışında rekorda imza atan azərbaycanlı idmançı Namiq Cəfərov Bizim.Media-ya açıqlamasında beş illik rekordu yenilədiyini deyib:

“Bundan əvvəlki rekord 73 kiloyla ABŞ idmançısına məxsus idi. Beş ildir bu rekord təzələnmir.


Keçən il dünya çempionatında rekordu 74 kq eləmişdim. Bu il ikinci yanaşmada 77,5 kq qaldıraraq dünya rekordunu təzələdim. Üçüncü yanaşmada 80 kq-ın öhdəsindən gələrək rekordu bir daha təzələdim. Yəni bir yarışda iki dənə dünya rekordunu təzələyərək yarışın mütləq qalibi oldum”.

O, yarışda digər azərbaycanlı idmançıların da iştirak etdiyini və uğur qazandığını bildirib:

“Tələbəm Zaur Abdullayev 100 kq çəki dərəcəsində 90 kq-ı qaldırıb uğura imza atıb. İdmançımız Kamal Məmmədli 82 kq çəki dərəcəsində 3-cü yer, digər idmançımız Sadiq Musayev də 90 kq çəki dərəcəsində ikinci yerə layiq görülüb”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO