Dünya birinciliyində Azərbaycanı bu boksçular təmsil edəcək - ADLAR

Dünya birinciliyində Azərbaycanı bu boksçular təmsil edəcək - ADLAR

Hazırda oxunan: Dünya birinciliyində Azərbaycanı bu boksçular təmsil edəcək - ADLAR

217254

Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.

Bizim.Media xəbər verir ki, mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı (54 kiloqram), Tağı Nəsibov (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram), Ziya Həsənov (71 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Qızbəs İsgəndər (60 kiloqram) və Emili Rzayevaya (63 kiloqram) şans verəcək.

Dünya birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimi Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO