"İnter"in futbolçusu Hakan Çalhanoğlu zədələnib.
Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi A seriyasında"Roma" ilə matçda sıradan çıxıb.
O, 12-ci dəqiqədə David Frattesi ilə əvəzlənib.
"La Gazette dello Sport"un yaydığı məlumata görə, Hakan bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Yanq Boyz"la matçı buraxacağı dəqiqdir.
Çalhanoğlunun A seriyasında "Yuventus"la görüşdə iştirak etməmək ehtimalı da yüksəkdir.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm 9 matça çıxıb. 2 qol vurub.
Bizim.Media