UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 23-də, saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da reallaşacaq açıq məşqi 12:45-də başlayacaq.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.
Bizim.Media