“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi - VİDEO

Hazırda oxunan: “Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi - VİDEO

216989

Futbol üzrə Misli Premyer Liqasında X tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün ilk matçında “Sabah” “Zirə”nin qonağı olub. Zirə Olimpiya İdman Kompleksində baş tutan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Bu nəticədən sonra aktivindəki xalları 16-ya çatdıran “Zirə” və “Sabah” komandaları turnir cədvəlində müvafiq olaraq dördüncü və beşinci pillədə qərarlaşıblar.

Turun bağlanış oyununda isə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 4:2 hesablı üstünlüyü ilə başa çatıb.

Matçdan sonra xallarının sayını 21-ə çatdıran Tovuz təmsilçisi turnir cədvəlində 2-ci sıraya yüksəlib. “Kimyaçılar” isə 7 xalla 9-cu pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Qarabağ” “Kəpəz”ə 5:0, “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0, “Neftçi” isə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO