"Zirə" "Sabah"la heç-heçə etdi - VİDEO

"Zirə" "Sabah"la heç-heçə etdi - VİDEO

Hazırda oxunan: "Zirə" "Sabah"la heç-heçə etdi - VİDEO

216965

Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili status-kvonu bərpa edib.

Bu barəbərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. Tərəflər müvafiq olaraq turnir cədvəlində dördüncü və beşinci pillələri bölüşürlər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO