Daha bir bokusçumuz Avropa çempionatında gümüş medal qazandı

Daha bir bokusçumuz Avropa çempionatında gümüş medal qazandı

Hazırda oxunan: Daha bir bokusçumuz Avropa çempionatında gümüş medal qazandı

216955

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.

Bizim.Media xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib.

Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO