Messinin het-triki “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

Messinin het-triki “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

Hazırda oxunan: Messinin het-triki “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

216880

ABŞ və Kanada komandalarının təmsil olunduğu Baş Futbol Liqasının (MLS) matçında “İnter Mayami” öz meydanında “Nyu-İnqlend Revolüşn”ı darmadağın edib.

Bizim.Media xəbər verir ki, matçda ümumilikdə səkkiz qol vurulub.

Qalib komandanın heyətində argentinalı Lionel Messi het-trikə, uruqvaylı Luis Suares isə dubla imza atıb, amerikalı gənc yarımmüdafiəçi Bencamin Kremaski isə bir qolla fərqlənib.

Eyni zamanda Messi və Suares müvafiq olaraq bir və iki məhsuldar ötürmə ilə yadda qalıblar.
 

Qonaqların heyətində isə Luka Lanqoni və Dilan Borrero qol vurublar. Qonaqların 40-cı dəqiqəyədək davam edən iki top fərqi ilə üstünlüyünə baxmayaraq, artıq 89-cu dəqiqədə tablodakı hesab 6:2 olaraq dəyişib.


Qeyd edək ki, bu, “İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyunu olub, burada komanda vaxtından əvvəl çempion olaraq pley-offa vəsiqə qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO