Voleybol üzrə Azərbaycan Kubokunun keçiriləcəyi tarix bəlli olub

Voleybol üzrə Azərbaycan Kubokunun keçiriləcəyi tarix bəlli olub

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan Kubokunun keçiriləcəyi tarix bəlli olub

216727

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun keçiriləcəyi tarixlər bəlli olub. 

Bizim.Media xəbər verir ki, qadın və kişi voleybolçular arasında ölkə kuboku 25 oktyabr - 4 noyabr tarixlərində baş tutacaq.

Yarışda 6 qadın (“Abşeron”, “AZERRAIL”, “Murov Az Terminal”, UNEC, “Milli Aviasiya Akademiyası”, “Gəncə”) və 6 kişi (“Neftçi”, “AZERRAIL”, “Murov Az Terminal”, MOİK, “Gənclər”, “Xilasedici”) komandası iştirak edəcək.
 

Komandalar hərəsində 3 klub olmaqla iki qrupda və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və final uğrunda qarşılaşmalar baş tutacaq.


Qeyd edək ki, qrup mərhələsinin oyunları paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, Xaçmaz rayonunda da təşkil olunacaq. Yarımfinal və final qarşılaşmaları isə Bakıda GİN-in Voleybol Mərkəzində təşkil ediləcək.

Qadınlar:

A qrupu: “Gəncə”, UNEC, “AZERRAIL”

B qrupu: “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”

Kişilər:

A qrupu: “Gənclər”, “AZERRAIL”, “Neftçi”

B qrupu: “Xilasedici”, MOİK, “Murov Az Terminal”

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO