Bakıdakı Avropa çempionatının ilk qalibi MƏLUM OLDU

Bakıdakı Avropa çempionatının ilk qalibi MƏLUM OLDU

Hazırda oxunan: Bakıdakı Avropa çempionatının ilk qalibi MƏLUM OLDU

216711

Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatında finalların ilk günü keçirilir. 

Bizim.Media xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında yeniyetmələr arasında mükafatlar öz sahibini tapacaq. 

Qarışıq komandalar arasında keçirilən yarışın qalibi İslandiya olub. Komanda 51.600 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub. İsveç gümüş (51.400), britaniyalı gimnastlar isə bürünc (50.800) medal qazanıblar.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir:

“TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO