Bakıdakı Avropa çempionatında ilk finallar keçiriləcək

Bakıdakı Avropa çempionatında ilk finallar keçiriləcək

Hazırda oxunan: Bakıdakı Avropa çempionatında ilk finallar keçiriləcək

216688

Bakıda “TeamGym” üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün yarışın ilk finalları keçiriləcək.

Yeniyetmələr arasında kişi, qadın və qarışıq komandalarda qalib və mükafatçılar müəyyənləşəcək. Milli Gimnastika Arenasında 14 ölkədən - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibinin idmançıları çıxış edir.

Kişilərdən ibarət Azərbaycan yığması təsnifat mərhələsində 7-ci yeri tutaraq, finala yüksələ bilməyib.

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Turnir üç alətdə çıxışlardan ibarətdir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (mini batut).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO