Azərbaycanın U-21 yığmasının baş məşqçi postunda dəyişiklik olacaq.
Bizim.Media xəbər verir ki, hazırkı baş məşqçisi Samir Əliyevlə müqavilə müddəti yenilənməyəcək.
Onun əvəzinə isə əsas namizəd Arif Əsədovdur. AFFA rəhbərliyinin əsas məqsədi aşağı yaş qruplarından ibarət yığmalarına xarici məşqçilərin dəvət olunmasıdır. Buna baxmayaraq, U-21 yığması Əsədova tapşırıla bilər.
54 yaşlı mütəxəssis “Neftçi”, “Sabah” klublarını çalışdırıb, Azərbaycanın əsas millisində köməkçi məşqçi və baş məşqçi vəzifəsini icra edən məşqçi kimi işləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:35 / 18.10.2024
U-21 yığmamıza o rəhbərlik EDƏ BİLƏR
Hazırda oxunan: U-21 yığmamıza o rəhbərlik EDƏ BİLƏR
Hazırda oxunan: U-21 yığmamıza o rəhbərlik EDƏ BİLƏR
216680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.