“Real”ın futbolçusu Kilian Mbappenin vəkili təcavüzlə bağlı ittihamlar haqda danışıb.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, o, deyib:
“Stokholma gələndə jurnalistlər görünürlər və Mbappenin şəkli ilə məlumat paylaşırlar.
Beləliklə, onu güdüblər, kimsə bilirdi ki, o, Stokholma gedir. Maraqlısı da odur ki, həmin qəzet daha sonra təcavüzlə bağlı ittihamları paylaşır”.
Xatırladaq ki, Kilian Mbappe Stokholmda dincələrkən təcavüz etməkdə ittiham olunub. İsveç polisi oktyabrın 14-də bununla bağlı araşdırmaya başlayıb.
Bizim.Media