FIBA Avropa Kubokunda mübarizə aparan "Sabah" Basketbol Klubu bu gün növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Yunanıstanın "Marussi" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 82:70 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" turnirin ilk turunda səfərdə Belçika təmsilçisi "Spiru"ya 81:82 hesabı ilə məğlub olub.
Rəşad Rafiqoğlu, Bizim.Media