Azərbaycanın daha dörd avarçəkəni "Mingəçevir Reqatası" beynəlxalq turnirində medal qazanıb.
Bizim.Media xəbər verir ki, akademik avarçəkmə növündə Nurlan Paşayev qızıl mükafata sahib çıxıb.
Cahangir Məmmədli 2-ci, Məhəmməd Niftullayev isə 3-cü olub. Hər üç idmançı 1500 metr məsafədə fərqlənib.
Cavid Vəlizadə isə kanoe növündə 1000 məsafədə gümüş medal əldə edib.
Qeyd edək ki, bu gün, həmçinin kayak növündə Amin Ramazanov qızıl, Əlimurad Hacızadə gümüş, Niyaz Məlikov-Elvin Əliyev cütu isə bürünc medala yiyələnib.
"Mingəçevir Reqatası"na oktyabrın 18-də yekun vurulacaq.
Bizim.Media