“Barselona” futbolçusu Frenki De Yonqu satmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
27 yaşlı nederlandlı futbolçu Kataloniya klubu ilə müqaviləni gələn yaya qədər uzatmasa, klub onu satmaq niyyətindədir.
“Barselona” 2023-cü ilin sonunda De Yonqa müqavilə təklifi edib və hələ də cavab almayıb. Amma klub yarımmüdafiəçini pulsuz, yəni azad agent kimi buraxmaq istəmir. Yeni müqavilədə Kataloniya klubunun daha az maaş təklif etdiyi qeyd olunur.
Qeyd edək ki, Frenki De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, uzunmüddətli zədədən sonra bu mövsüm klubunun heyətində 1 oyuna çıxıb.
Bizim.Media