Samir Abasov “Neftçi”yə qayıtmasından DANIŞDI - VİDEO

Samir Abasov “Neftçi”yə qayıtmasından DANIŞDI - VİDEO

Hazırda oxunan: Samir Abasov “Neftçi”yə qayıtmasından DANIŞDI - VİDEO

216215

"Hisslərimi ifadə etmək çox çətindir. Elə bil ki, "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Böyük komanda, böyük təzyiq. Öz evimə qayıdırıq kimi rahat idi. İfadə etmək çox çətindir. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm". 

Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi klubun televisiziyasına müsahibəsində deyib.

"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var.
 

Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq hədəfləri böyük olub. 


Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilir. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır", - deyə S. Abasov qeyd edib.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO