Çerçesov qazax dilinə atmaca atdı, qalmaqal yarandı - VİDEO

Çerçesov qazax dilinə atmaca atdı, qalmaqal yarandı - VİDEO

Hazırda oxunan: Çerçesov qazax dilinə atmaca atdı, qalmaqal yarandı - VİDEO

216210

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov qalmaqala səbəb olan fikir səsləndirib.

Bizim.Media xəbər verir ki, hadisə 61 yaşlı rusiyalı mütəxəssisin Millətlər Liqasının 4-cü turunda Sloveniya ilə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında baş verib.

Rusiya mətbuatının yazdığına görə, PSJ forması geyinmiş yerli jurnalistlərdən biri Çerçesova qazax dilində sual ünvanlayıb. Bu zaman məşqçi onun sualını kəsərək deyib:

“Sən indi fransızca danışırsan?”

Qazaxıstanın Turizm və İdman Nazirliyi isə Stanislav Çerçesovun açıqlamaları ilə bağlı Qazaxıstan Futbol Federasiyasından açıqlama tələb edib:

“Sosial şəbəkələrdə futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çerçesovun qazax dilini təhqir edən açıqlamalar verdiyi iddia edilən video aktiv şəkildə yayılır. Bu hadisə geniş ictimai rezonansa səbəb olub”.

Açıqlamada qeyd edilir ki, Qazaxıstan Konstitusiyasına və “Dillər haqqında” qanuna görə, dövlət dili xüsusi statusa malikdir və Qazaxıstanda yaşayan hər kəs ona hörmət göstərməyə məcburdur.
 

Nazirlik federasiyadan bu hadisə ilə bağlı rəsmi izahat verməyi, habelə millinin baş məşqçisi ilə dövlət dilinə hörmətin zəruriliyi ilə bağlı izahat işinin aparılmasını tələb edib.


Qeyd edək ki, Çerçesovun Qazaxıstan millisinə baş məşqçi təyin edildikdən sonra keçirilən mətbuat konfransı zamanı da xoşagəlməz hadisə yaşanıb. Çerçesov ona qazax dilində sual verilməsini bəyənməyib. Bu da ölkədə tənqidlə qarşılanıb. Bundan sonra o, qazax dilini öyrənməyə başlayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO