İngiltərə millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Millini çalışdırmağa əsas namizəd "Bavariya"nın baş məşqçisi Tomas Tuheldir. İngiltərə Futbol Assosiasiyası (FA) son günlər milli komandanın yeni məşqçisi axtarışlarını sürətləndirib. Tuhel bu vəzifəyə əsas namizəd hesab olunur.
FA hələ mütəxəssislə əlaqə saxlamayıb. Lakin qurum yaxında Tuhellə danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, İngiltərə millisinin son baş məşqçisi Qaret Sautqeyt olub. O, Avro-2024-dən sonra vəzifəsindən ayrılıb.
Bizim.Media