Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

Hazırda oxunan: Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

216167

Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.

Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı təmin edib.

Boksçu oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO