“Qarabağ”ın futbolçusu oynadı, komandası QALİB GƏLDİ

“Qarabağ”ın futbolçusu oynadı, komandası QALİB GƏLDİ

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu oynadı, komandası QALİB GƏLDİ

216133

Afrika Millətlər Kubokunda seçmə mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün Əlcəzair milli komandası səfərdə Toqo ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlcəzair millisində çıxış edən "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia da bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən Əlcəzair yığma komandası E qrupunun vahid lideridir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO