Nigeriyalı futbolçu: "15 saatdır hava limanında ilişib qalmışıq..."

Nigeriyalı futbolçu: "15 saatdır hava limanında ilişib qalmışıq..."

Hazırda oxunan: Nigeriyalı futbolçu: "15 saatdır hava limanında ilişib qalmışıq..."

216048

Nigeriya millisinin və "Fənərbağça"nın futbolçusu Brayt Osayi-Samuel xoşagəlməz halla üzləşib.

Bizim.Media xəbər verir ki, o, yığma komandası ilə birlikdə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liviya ilə matç üçün sözügedən ölkəyə yollanıb.
 

Lakin Osayi-Samuel heç bir sağlamlıq və təhlükəsizlik zəmanəti olmadığı halda, komanda yolaşları ilə Liviyada hava limanında 15 saat qalıb. 


Bu barədə 26 yaşlı vinger sosial şəbəkə hesablarında paylaşım edib. O, belə hadisənin yaşanmasına görə Afrika Futbol Federasiyasını tənqid edib:

"15 saat ərzində sağlamlıq və təhlükəsizlik təminatım olmadan Liviyadakı hansısa hava limanında qalmışıq. Afrika Futbol Federasiyası bundan daha yaxıısını bacara bilərdi". 

Nigeriya Futbol Federasiyası bu məsləyə görə Liviya ilə oyuna çıxmamaq qərarını verib. 

Yığmanın "Qalatasaray"da çıxış edən futbolçusu Viktor Osimhen də bu hadisəyə səssiz qalmayıb. O, sosial şəbəkə hesablarındakı paylaşımında yazıb:

"Ötən gecə Liviya hava limanında qardaşlarımın və məşqçilərimizin məruz qaldığı haqsız rəftara görə məyus oldum. Bu cür hərəkətlər idman prinsiplərinə ziddir. Komandama dəstəyəm və onların belə şeylərə rəğmən güclü qalacaqlarını bilirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO