Braziliya millisinin və "Əl-Hilal"ın futbolçusu Neymar "Real"ın oyunçusu Vinisius Junior haqqında danışıb.
Bizim.Media xəbər verir ki, o, 2024-cü il "Qızıl top" mükafatının həmyerlisinə verilməli olduğunu düşündüyünü bildirib:
“Mən “Qızıl top”a namizədlər arasında Vinisiusun tərəfdarıyam. Buna ondan artıq heç kim layiq deyil. Vinisius əsl döyüşçüdür. Həyatı boyu çox əziyyət çəkib, bütün gözləntiləri aşıb, bütün tənqidlərə qalib gəlib. Bu gün o, bizim üçün böyük kumirə, qəhrəmana çevrilib”.
Qeyd edək ki, 68-ci "Qızıl top" mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə keçiriləcək.
Bizim.Media