Abu-Dabidə (BƏƏ) təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatacaq.
Bizim.Media idman.biz-ə istinadən xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
90 kq
Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə qazanan Fətiyev medal şansını qaçırmayıb.
Musa Hüseynli ilk görüşdə niderlandlı Mark Van Diykə uduzub.
+100 kq
İlk mərhələdən azad olan Uşanqi Kokauri yarışa uğurlu başlayıb. O, Esleken Kedo (Filippin) ilə görüşdə qalib gəlib. Uşanqinin növbəti rəqibi serbiyalı İqor Vrançar olub. Bu görüşü də qələbə ilə başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Yelle Snippeyə (Niderland) qalib gələn Kokauru finalda Valeri Endotovskiy (AİN) ilə qarşılaşacaq.
İmran Yusifov Yur Spiykersə (Niderland) uduzaraq, "Böyük Dəbilqə" ilə erkən vidalaşıb.
Qeyd edək ki, turnirin ilk 2 günündə Zelim Tçkayev (81 kq) qızıl, Açelya Toprak (57kq) isə bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:24 / 13.10.2024
"Böyük Dəbilqə": Fətiyev bürünc qazandı, Kokauri finalda
Hazırda oxunan: "Böyük Dəbilqə": Fətiyev bürünc qazandı, Kokauri finalda
Hazırda oxunan: "Böyük Dəbilqə": Fətiyev bürünc qazandı, Kokauri finalda
215864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.