Azərbaycan və Slovakiyanın açıq məşqlərinin vaxtları müəyyənləşdi

Azərbaycan və Slovakiyanın açıq məşqlərinin vaxtları müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan və Slovakiyanın açıq məşqlərinin vaxtları müəyyənləşdi

215795

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.  

Millimizin baş məşqçisi Fernandu Santuşun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabr 13-də saat 16:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Saat 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) olacaq.

Slovakiya millisinin baş məşqçisi Françesko Kalzonanın iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 19:30-dd baş tutacaq. Rəqib komandanın açıq məşqi isə saat 18:45-də (ilk 15 dəqiqə) başlayacaq.

Qeyd edək ki, sözügedən oyun 14 oktyabr saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO