Millimiz Şimali İrlandiyaya məğlub oldu

Millimiz Şimali İrlandiyaya məğlub oldu

Hazırda oxunan: Millimiz Şimali İrlandiyaya məğlub oldu

215786

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşıb. Görüş Ballimena şəhərində baş tutub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Şimali irlandiyalılar 5 cavabsız qolla qalib gəliblər. Bu nəticədən millimizin onuncu yeri tutacağını rəsmiləşdirib.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son matçını oktyabrın 15-də səfərdə İngiltərəyə qarşı keçirəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatı

Seçmə mərhələ, F qrupu

12 oktyabr

18:00. Şimali İrlandiya – Azərbaycan - 5:0

Qollar: Karlayl Allen, 11 (pen.). Cey Cey Makiernan, 56. Patrik Kelli, 64. Castin Devenni, 68. Rüstəm Samiqullin, 81 (öz qapısına)

Baş hakim: Heini Ziskason Vidoy (Farer adaları)

Şimali İrlandiya: 1.Stefen Makmullan, 2.Karl Conston (K), 3.Şon Stüart, 4.Aaron Donnelli, 6.Castin Devenni, 7. Karlayl Allen, 8.Patrik Kelli, 9. Deyl Teylor, 10.Cey Cey Makiernan, 14.Timmi Foqarti, 21.Ruairi Makkonvill

Ehtiyat oyunçular: 12.Coş Klark, 11.Terri Devlin, 15.Ceymi Makdonell, 16.Dilan Sloan, 17.Makenzi Kirk, 18.Darren Robinson, 19.Metyu Lusti, 20.Şea Kearnei, 22.Coşua Briqqs

Baş məşqçi: Tommi Rayt

Azərbaycan: 1.Rüstəm Samiqullin, 3.Rüfət Abbasov, 4.Cəlal Hüseynov (k), 5.Mahir Həsənov, 9.Musa Qurbanlı, 10.Samir Abdullayev, 13.Emil Səfərov, 14.Rauf Rüstəmli, 15.Süleyman Damadayev, 16.Qurban Səfərv, 17.Murad Vəliyev

Ehtiyat oyunçular: 12.Xəyal Füyzullayev, 2.Abdulla Rzayev, 7.Xəyal Əliyev, 8.Fərid Yusifli, 18.Ağadadaş Səlyanski, 19.Nəriman Axundzadə, 20.Mirəli Əhmədov, 21.Emin Restəmov, 23.Şahin Şahniyarov

Baş məşqçi: Samir Əliyev

Ballimena. “The Şouqraunds” stadionu

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO