Millimizin oyunu qadın referiyə tapşırıldı

Millimizin oyunu qadın referiyə tapşırıldı

Hazırda oxunan: Millimizin oyunu qadın referiyə tapşırıldı

215774

21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində keçiriləcək İngiltərə - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. 

Referi qadın hakim İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandamız bu gün isə Şimali İrlandiya ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO