Şəhriyar Məmmədyarovun komandası FİNALDA

Şəhriyar Məmmədyarovun komandası FİNALDA

Hazırda oxunan: Şəhriyar Məmmədyarovun komandası FİNALDA

215700

Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Alaskan Knights" Londonda keçirilən Qlobal Şahmat Liqasının finalına vəsiqə qazanıb. 

Bizim.Media xəbər verir ki, qrup mərhələsinin son turunda komanda "American Gambits"ə 4:2 hesabı ilə qalib gəlib. 

Şəhriyar öz oyununda Yu Yangyi (Çin) məğlub edib. "Alaskan Knights" 24 xal toplayıb və iki oyunluq finalda "Alpine Pipers" ilə qarşılaşacaq.

Teymur Rəcəbovun çıxış etdiyi “Triveni Continental Kings”ə gəlincə, komanda 15 xal toplayaraq üçüncü yeri tutub.

Komanda finiş xəttində finalçı "Alpine Pipers"ə 3,5:2,5 hesabı ilə qalib gəlib . Teymur Riçard Rapportla (Macarıstan) heç-heçə oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO