Azərbaycan ilk dəfə dünya kubokunun seçmə yarışlarını QƏBUL EDƏCƏK

Azərbaycan ilk dəfə dünya kubokunun seçmə yarışlarını QƏBUL EDƏCƏK

Hazırda oxunan: Azərbaycan ilk dəfə dünya kubokunun seçmə yarışlarını QƏBUL EDƏCƏK

215669

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək.

Bizim.Media xəbər verir ki, 24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Bu millilər arasında həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızda iştirak edəcəklər. Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO