Azərbaycan millisi Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatında son oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız 3-cü yer uğrunda matçda Serbiya ilə üz-üzə gəlib.
Rəcəb Fərəczadənin yetirmələri qrup mərhələsində uduzduğu rəqibdən revanş ala bilməyiblər. Komandamız 0:3 hesabı ilə uduzaraq bürünc medal şansını qaçırıb. Beləliklə, millimiz dünya çempionatında 4-cü yeri tutub.
Qeyd edək ki, bu gün keçiriləcək finalda Çexiya və Slovakiya qarşılaşacaq.
Minifutbol üzrə U-23-lərin dünya çempionatı
3-cü yer uğrunda oyun
10 oktyabr
17:00. Azərbaycan - Serbiya - 0:3
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:15 / 11.10.2024
Millimiz dünya çempionatında 4-cü yeri tutdu
Hazırda oxunan: Millimiz dünya çempionatında 4-cü yeri tutdu
Hazırda oxunan: Millimiz dünya çempionatında 4-cü yeri tutdu
215515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.