Türkiyə klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

Türkiyə klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

Hazırda oxunan: Türkiyə klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

215156

Türkiyə Superliqasında yarışan "Göztepe" "Qarabağ"ın legioneri Patrik Andrade ilə maraqlanır. 

Bizim.Media xəbər verir ki, İzmir təmsilçisi Azərbaycan çempionunun yarımmüdafiəçisini bu qış transfer etməyi planlaşdırır.
 

"Qarabağ" tərəfinin bu transferə hansı cavabı verəcəyi dəqiq deyil. Rusiya və Çin klublarının da transfer siyahısında yer alan kabo-verdeli futbolçunun Azərbaycanda qalıb-qalmayacağı qışda dəqiqləşəcək.


25 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2022-ci il yanvarın 13-də Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO