Taciskistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatı sona çatıb.
Bizim.Media xəbər verir ki, son gündə komanda yarışlarında qaliblər bəlli olub. Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamızın işi çətin olmayıb. Təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər. Millimiz eyni uğuru yarımfinalda təkrarlaya bilməyib.
Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:12 / 06.10.2024
Cüdo yığmamız dünya çempionatında 4-cü oldu
Hazırda oxunan: Cüdo yığmamız dünya çempionatında 4-cü oldu
Hazırda oxunan: Cüdo yığmamız dünya çempionatında 4-cü oldu
214836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.