Ronaldo Messini qabaqladı

Ronaldo Messini qabaqladı

Hazırda oxunan: Ronaldo Messini qabaqladı

214826

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, bu barədə “GiveMeSport”un məlumatında deyilir.

Ulduz futbolçu əzəli rəqibi Lionel Messini qabaqlayıb. “İnter Mayami”nin argentinalı hücumçusu isə ikinci olub. 

İlk beşliyə həmçinin “Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.

Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO