Azərbaycan Premyer Liqasında bu gün IX tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün IX tura yekun vurulacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün IX tura yekun vurulacaq

214763

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında, saat 17:45-də "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək.

Ardınca isə "Sumqayıt" doğma meydanda turnir cədvəlinin lideri "Qarabağ"la üz-üzə gələcək.

Bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Azərbaycan Premyer Liqası

IX tur

6 oktyabr

17:45. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.

20:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO