Azərbaycan klubunun sabiq baş məşqçisi VƏFAT ETDİ

Azərbaycan klubunun sabiq baş məşqçisi VƏFAT ETDİ

Hazırda oxunan: Azərbaycan klubunun sabiq baş məşqçisi VƏFAT ETDİ

214701

"İnter"in (indiki "Şamaxı") sabiq baş məşqçisi Anatoliy Konkov dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, ukraynalı mütəxəssis 76 yaşında vəfat edib. Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anatoliy Konkov 2004-2006-cı illərdə "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2004/2005 mövsümündə Azərbaycan Kubokunda final oynayıb.

O, futbolçu karyerası ərzində "Avanqard", "Şaxtyor" və "Dinamo"da çıxış edib. Yarımmüdafiəçi mövqeyində çıxış etmiş Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO