Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI - FOTO

Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI - FOTO

Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI - FOTO

214555

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb. 
 

S.Şükürov Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib. Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib. 


Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO