Millimizin baş məşqçisi: “Gələcəyi görə bilmirəm”

Millimizin baş məşqçisi: “Gələcəyi görə bilmirəm”

Hazırda oxunan: Millimizin baş məşqçisi: “Gələcəyi görə bilmirəm”

214517

"Hansı futbolçu mentaliteti dəyişmək istəməsə, seçimimiz başqa futbolçu olacaq". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O, Millətlər Liqasında növbəti oyunlarla bağlı hansısa proqnoz verməkdən imtina edib: 
 

"Slovakiya ilə yenidən qarşılaşacağıq. İndi xal haqqında konkret nəsə deyə bilmərəm. Çünki mən gələcəyi görə bilmirəm. Futbolçularıma inanıram və onlar da bilir ki, nələrisə dəyişmək lazımdır. Ən azından mentalitet dəyişməlidir, komanda kimi düşünməliyik. Fərdiçilikdən əl çəkmək lazımdır. Bəzi futbolçularımız var ki, yalnız özləri haqqında düşünürlər. 


Təbii ki, nələri dəyişmək lazım olduğunu bilirik. Futbolçularla işləyəndən sonra gördüm ki, onlar çox həvəslidir. İnanıram ki, istəyimizə çata biləcəyik. Düşünürəm ki, onlar bu dəyişikliyə hazırdırlar. Müəyyən qərarlar verməliyik. Mən nələrisə dəyişmək üçün burdayam".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO