Azərbaycan Premyer Liqası: “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq

214503

Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. 

10-cu yerdəki "Kəpəz" 8-ci pillədəki "Neftçi"ni qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.

Sözügedən komandalardan heç biri cari mövsümdə qələbə qazana bilməyib. "Kəpəz" 8 matçın hər birində uduzub. "Neftçi" isə 5 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub.  

Qeyd edək ki, turun digər oyunları 5 və 6 oktyabr tarixlərində keçiriləcək. Bununla da çempionatda 1-ci dövrəyə yekun vurulacaq.

4 oktyabr

17:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev

Tovuz şəhər stadionu.

5 oktyabr

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

ASCO Arena.

19:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev

Bank Respublika Arena.

6 oktyabr

17:45. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov

Tovuz şəhər stadionu.

20:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

Mehdi Hüseynzadə adına stadion.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO