Qurban Qurbanov: “Əvvəl ola bilər daha istəkli idik”

Qurban Qurbanov: “Əvvəl ola bilər daha istəkli idik”

Hazırda oxunan: Qurban Qurbanov: “Əvvəl ola bilər daha istəkli idik”

214470

"Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticə əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün "Malmö”yə 2:1 hesabla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

Jurnalistin “sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verir, əvvəlki kimi oynaya bilmir. Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?” sualına baş məşqçi belə cavab verib: 

“Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə əgər məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda... Mən görürəm, bilirəm. 

Bəziləri öz idman formasından uzaqdır. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO