"Əl-Hilal"ın futbolçusu Neymar yenidən "Barselona"da çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan braziliyalı vingeri azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Barselona" rəhbərliyi artıq yanvar ayında 32 yaşlı ön xətt oyunçusu ilə müqavilə imzalamağa çalışacaq. Belə ki, klubu ilə 6 aylıq müqaviləsi qalan futbolçuların başqa klublarla anlaşmaq hüququ var.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"nın şərəfini qoruyub. Braziliya millisinin üzvü ötən ilin yayında "Əl-Hilal"a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:30 / 03.10.2024
Neymar “Barselona”ya qayıdır?
Hazırda oxunan: Neymar “Barselona”ya qayıdır?
Hazırda oxunan: Neymar “Barselona”ya qayıdır?
214466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.