UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” - “Malmö” oyununda 3-cü qol - VİDEO
“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
Avropa Liqası, Liqa mərhələsi
II tur
3 oktyabr
20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç) - 1:2
Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1), 47 (1:2)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
Bizim.Media