Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

214432

Slovakiya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç

Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkriniar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Ondrey Duda, Laszlo Benes, Tomaş Riqo, Patrik Qroşovski, Matuş Bero, Kristian Herts;

Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.

Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO