İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının sabiq polşalı qapıçısı Voyçex Şesni karyerasını bərpa edib.
Bizim.Media xəbər verir ki, o, İspaniya “Barselona”sı ilə müqavilə imzalayıb.
Razılıq 2025-ci il iyunun 30-dək əldə olunub.
"Barselona"nın əsas qapıçısı alman Mark-Andre ter Ştegen sentyabrın 23-də İspaniya çempionatının VI turunun "Vilyarreal"la səfər matçında (5:1) zədələnib. Alman qolkiper diz qapağının bağlarından əməliyyat olunub. Mark 8 aya meydanlardan kənar qalacaq.
Qeyd edək ki, 34 yaşlı Şesni avqustun 27-də karyerasını bitirdiyini açıqlayıb. Polşalı qolkiperin sonuncu klubu “Yuventus” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media