Dünya çempionatında Azərbaycanı bu cüdoçular TƏMSİL EDƏCƏK

Dünya çempionatında Azərbaycanı bu cüdoçular TƏMSİL EDƏCƏK

Hazırda oxunan: Dünya çempionatında Azərbaycanı bu cüdoçular TƏMSİL EDƏCƏK

214006

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız idmançı ilə təmsil olunacaq.

Cüdoçular oktyabr 2-5-də çempionatın fərdi, oktyabrın 6-da isə komanda yarışlarında çıxış edəcəklər.

Qadınların mübarizəsində Könül Əliyeva (48 kiloqram), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bacarıqlarını göstərəcəklər.

Kişilərdə isə Nizami İmranov (60 kiloqram), İslam Rəhimov, Məhəmməd Musayev (hər ikisi 66 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram), Süleyman Şükürov (81 kiloqram), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Əjdər Bağırov (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) güclərini yoxlayacaqlar.

Pərvanə Abdullayeva (70 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) və Süleyman Əliyev (73 kiloqram) komanda yarışında mübarizəyə qoşulacaqlar.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov, məşqçi Elnur İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO