"Barselona" Bernalla yeni müqavilə imzaladı, 500 milyon avro qiymət qoydu

"Barselona" Bernalla yeni müqavilə imzaladı, 500 milyon avro qiymət qoydu

Hazırda oxunan: "Barselona" Bernalla yeni müqavilə imzaladı, 500 milyon avro qiymət qoydu

213921

"Barselona" futbolçusu Mark Bernalla yeni müqavilə imzalayıb.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.

Sözləşməni daha 3 il uzatmaq imkanı var. Ona 500 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, yarımmüdafiəçi əsas komandada İspaniya çempionatının ilk turunda “Valensiya” ilə matçda debüt edib, daha sonra “Atletik Bilbao” və “Rayo Valyekano” ilə görüşlərdə iştirak edib.

Son matçdan sonra futbolçuya ön çarpaz bağın və xarici meniskinin zədələnməsi diaqnozu qoyulub və o, əməliyyat olunub. Bernallın gözlənilən sağalma müddəti 12 aydır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO