Madrid derbisində qalmaqal yaşandı - VİDEO

Madrid derbisində qalmaqal yaşandı - VİDEO

Hazırda oxunan: Madrid derbisində qalmaqal yaşandı - VİDEO

213785

İspaniya çempionatının 8-ci turunda “Atletiko” və “Real” arasında baş tutan Madrid derbisində qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, komandalar arasındalı gərginliyə azarkeşlər səbəb olub. 

Belə ki, “Atletiko” tərəfdarları oyundan öncə rəqib futbolçular Tibo Kurtua, Cudo Belingem və Vinisius Junior əleyhinə şüarlar səsləndiriblər. Onlar futbolçuları təhqir ediblər. 

Bunun nəticəsi olaraq “Real” qol vurduqdan sonra “kral klubu”nun qapıçısı üzünü azarkeşlərə tutaraq çılğıncasına sevinib. 

Nəticədə yerli azarkeşlər qapıçıya yad əşyalar atmağa başlayıb. Bundan sonra isə oyunda fasilə yaranıb. Matçın baş hakimi qarşılaşmanı müvəqqəti təxirə salıb. 

Lakin sonradan matç bərpa olunub və “Atletiko” Anhel Korrea ilə 90+6-cı dəqiqədə hesabı bərabərləşdirib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO