Futbol üzrə Misli Premyer Liqasında VIII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son oyununda "Qarabağ" doğma meydanda "Sabah"la qarşılaşıb. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun heyətində Toral Bayramov, Nəriman Axundzadə, Kevin Medina, qonaqlarda isə Coy-Lens Mikels ilə Pavol Şafranko fərqləniblər.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" isə 14 xalla 5-ci pillədə qalıb.
Turun daha əvvəl baş tutan oyunlarında "Araz-Naxçıvan" "Səbail"ə 3:2, "Zirə" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. "Neftçi" - "Sumqayıt" (1:1), "Şamaxı" - "Turan-Tovuz" (2:2) matçları isə heç-heçə ilə nəticələnib.
Bizim.Media