Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda "Şamaxı" "Turan Tovuz"la heç-heçə edib.
Bizim.Media xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb.
Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün digər görüşündə son çempion "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.
Bizim.Media